İyul monarxiyası
İyul monarxiyası (fr. monarchie de Juillet) — Fransa tarixində Burbon restavrasiyasına son qoyan 1830-cu il İyul inqilabı ilə başlamış və İkinci Respublikanın qurulması ilə nəticələnən 1848-ci il Fevral inqilabına qədər davam etmiş dövr.
1830-cu il inqilabı liberal xarakter daşıyırdı: o, hakimiyyətin mürtəce tendensiyasından narazı olan burjuaziya tərəfindən həyata keçirilmişdir. Burada iştirak edən fəhlələr demokratik respublika üçün səy göstərirdilər. İnqilabın nəticəsi burjuaziyanın xeyrinə oldu. Belə ki, Burbonlar devrildilər və Orlean hersoqu Lui-Filipp taxta çıxdı. 14 avqust 1830-cu ildə, parlamentin səlahiyyətlərini bir qədər daha da genişləndirən və üstünlüklərini daha yaxşı dəstəkləyən Yenilənmiş Xartiya nəşr olundu.
Edward Berenson, Populist Religion and Left-wing Politics in France, 1830–1852, Princeton University Press, 1984, 308 p. (ing.)
Adèle d'Osmond, comtesse de Boigne, Mémoires de la comtesse de Boigne née d’Osmond, publiés pour la première fois en 1907 : chronique irremplaçable de la vie publique sous la Restauration et la monarchie de Juillet.
Hugh Collongham, The July Monarchy : a Political History of France (1830–1848), London, Longman, 468 p.